Cəmiyyət

Ağdaşda iki yük avtomobili toqquşdu: Ölən var – VİDEO

Sharing is caring!


Ağdaş rayonunun Əmirarx kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib. 

Belə ki, Əkbər Süleymanovun idarə etdiyi “Mercedes Atego” markalı yük avtomobili qarşısında hərəkətdə olan “KamAZ”a çırpılıb. 

Hadisə nəticəsində “Mercedes”də sərnişin qismində olan Bakı şəhər sakini, 1976-cı il təvəllüdlü Elşən Qocayev aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin görüntülərini təqdim edirik:

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir