Cəmiyyət

Siyəzəndə güclü küləyin törətdiyi fəsadlar niyə aradan qaldırılmır? – İDDİA + VİDEO

Sharing is caring!


Siyəzəndə bir həftə əvvəl güclü küləyin törətdiyi fəsadlar hələ də aradan qaldırılmayıb.

Xezerxeber.az-ın məlumatına görə, Siyəzəndə dekabrın 23-də güclü külək çox sayda fərdi yaşayış evlərinə və çoxmərtəbəli binalara ziyan vurub. Dam örtükləri sıradan çıxıb, hasarlar aşıb, avtomobillərə ziyan dəyib.

Sakinlər bildiriblər ki, onların problemləri ilə maraqlanan yoxdur. Binanın dam örtüyü olmadığından mənzilllər yağış yağanda yararsız hala düşə bilər. Güclü külək Heydər Əliyev prospektindəki iki çoxmərtəbəli binanın dam örtüyünü qoparıb. Yağan yağış sakinlərin evlərinə dolub. Təmiri yenicə bitirən ev sahibləri narahat qaldıqlarını bildiriblər.

Siyəzən Rayon İcra Hakimiyyətindən bildirilib ki, rayon Fövqəladə Hallar Komissiyası dəymiş zərəri dəqiqləşdirib və aktlaşdırıb. Hazırda dəymiş ziyanın ödənilməsi ilə bağlı işlər görülür.

Qeyd edək ki, şimal bölgəsində külək ən çox Siyəzən rayonuna ziyan vurub.

Daha ətraflı süjetdə:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir