Cəmiyyət

Xaçmazda yaşlı qadının meyiti tapılıb

Sharing is caring!


Xaçmaz şəhərində 82 yaşlı qadının meyiti tapılıb.

“Report” xəbər verir ki, hadisə şəhərin Qaqarin küçəsində baş verib.

Belə ki, 1941-ci il təvəllüdlü Məleykə Arzuman qızı Şərifovanın meyiti yaşadığı mənzilin hamam otağında aşkar olunub.

Onun dəm qazından öldüyü ehtimal edilir.

M.Şərifovanın meyiti müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə – Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz Rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırılma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir