Cəmiyyət

Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar ağacəkmə tədbiri keçirilib – FOTO

Sharing is caring!


Yaşıllıq sahələrinin genişləndirilməsinə, ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində bu gün Heydər Əliyev Fondu və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələrinin, eləcə də RİİB və ekokönüllülərin iştirakı ilə Müşfiqabad qəsəbəsində ağacəkmə tədbiri keçirilib və Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun 1500-dən çox Eldar şamı və zeytun ağacı əkilib.
 
Ağacəkmə tədbirlərinin keçirilməsində məqsəd bir daha ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, ümummilli liderin təbiətə, yaşıllıqlara qayğı ənənələrini davam etdirməkdir.
 
Qeyd edək ki, keçirilən ağacəkmə tədbiri, eyni zamanda, 2024-cü ilin Azərbaycan Respublikası Prezidenti tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar ətraf mühitin qorunmasına verilmiş mühüm töhfədir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir