İncəsənət

Rejissor Mədəniyyət Nazirliyini tənqid etdi, Nazir onun işlədiyi yerə yoxlama göndərdi – QALMAQAL

Sharing is caring!

Xəbəral.az xəbər verir ki, Mədəniyyət Nazirliyində şəxsi prinsiplərlə idarəçilik geniş vüsət alıb.

Belə ki, bir neçə gün öncə  “Köhnə çamandanlar”ın müəllifi, Kukla Teatrının qurluşçu rejissoru Saida Haqverdiyeva saytların birinə “Nazirlik əməkdaşı dedi ki, teatrda kasıbın nə işi, ora varlılar üçündür” başlıqlı müsahibə vermişdi.

Bu müsahibədə, teatrların və tamaşaların bu gün ki, gündə acınacaqlı vəziyyətdə olmasından, məhs yerli filimlərə maraq tamamıilə az olduğundan, Mədəniyyət Nazirliyinin bu cür problemlərə biganə yanaşmasından açıq şəkildə gileylənmişdi.

Həqiqətən rejissor Saida xanımın bu müsahibəsi insanlar tərəfindən böyük alqışla və oxunaqlı qarşılandı. Teatıra, yerli filimlərə marağı olan hər kəs bu yazını bəh-bəhlə paylaşdılar. Rejissorun açıq sözləri insanların ürəyindən tikan çıxardı. Sanki hər kəs Mədəniyyət Nazirliyindən narazı kimi görsənirdi.

Elə hər şeydə bundan sonra başladı:

Sözügedən müsahibədən sonra, Mədəniyyət Naziri, Rejissor Saida Haqverdiyevanın çalışdığı Kukla Teatırına dərhal yoxlama göndərdi.

Xəbəral.az saytına verilən məlumata görə, artıq bir neçə gündür Mədəniyyət Nazirinin göstərişinə əsasən Kukla Teatrnda yoxlamalar aparılır.

Belə çıxır ki, hər hansı bir incəsənət adamı Mədəniyyət Nazirliyini tənqid edərsə, dərhal başı ağrıyar.

Nəzərinizə çatdıraq ki, Saida Haqverdiyeva Kukla Teatırnda qurluşçu rejissor, həyat yoldaşı Rəşad Əhmədzadə isə Kukla Teatırnın direktoru vəzifəsində çalışır.

Xəbəral.az qarşı tərəfin mövqe haqqını tanıyır.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir