Cəmiyyət

Metropolitendə Həmrəylik Günü və Yeni il münasibətilə bayram proqramları keçirilir – FOTO

Sharing is caring!


Metropolitendə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram proqramları keçirilir.

Oxu.Az xəbər verir ki, “Bakı Metropoliteni” QSC sosial layihələrinin davamı olaraq, bu il də Həmrəylik Günü və Yeni il münasibətilə “İçərişəhər” stansiyasında sərnişinlərinə bayram ovqatlı şənlik təşkil edir.

İki gün davam edəcək bayram proqramı bu gün başlayıb.

Qeyd edək ki, dekabrın 28-dən burada qış nağıllarının rəmzlərinə uyğun bəzədilmiş retro vaqonlardan ibarət qatar da stansiyada nümayiş olunur. Burada həmçinin dünya xalqlarının Yeni il ənənələri və qəhrəmanlarına həsr edilmiş sərgi açılıb.

Retro vaqonlar yanvarın 5-dək, sərgi isə ayın 13-dək nümayiş olunacaq.

“İçərişəhər” stansiyasında Yeni ilin əsas şənlik personajı olan Şaxta baba və Qar qız sərnişinlərin görüşünə gəliblər. İki saatdan artıq davam edən zəngin proqramlı şouda müxtəlif nağıl personajları və sirk ustaları da məharətlərini göstəriblər.

Tədbirin gedişində metropoliten layihələrinin ayrılmaz hissəsi olan şən və hazırcavab Bəhram Bağırzadə uşaqlar üçün qələmə aldığı kitablarının imza gününü keçirib.

Daha çox şəkil burada: PhotoStock.az

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir