Cəmiyyət

Masallıda meşəlik ərazidən “Kalaşnikov” avtomatı aşkarlanıb

Sharing is caring!


Masallı rayonunun Hüseynhacılı kəndinin ərazisində meşə dolayının yaxınlığında silah-sursat tapılması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sözügedən əraziyə keçirilən baxış zamanı oradan bir ədəd “AK-74” markalı avtomat və 30 ədəd patron aşkarlanaraq götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir