İdman

Almaniyanın məşhur nəşri “Qarabağ”ın oyununa xüsusi yer ayırdı

Sharing is caring!

Almaniyanın məşhur “Kicker” nəşri bu gün “Frayburq” və “Qarabağ” komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin I tur oyununa xüsusi yer verilib.

“Report”un məlumatına görə, qəzet bir səhifəni məhz bu qarşılaşmaya həsr edib.

Səhifənin başlığında “Aber Mit Vergnügen” (Amma məmnuniyyətlə), yarımbaşlıqda isə “Ştrayx və “Frayburq” hazırdır və indi avdokuboklardan həzz ala bilərlər” yazılıb.

“Kicker” hər iki komandanın ehtimal olunan start heyətlərini də açıqlayıb. Nəşr azərbaycanlı jurnalist Rasim Mövsümzadədən “köhlən atlar” haqqında açıqlama da alıb.

Bundan əlavə, qəzetin son səhifəsində Almaniyanın “Ertsgebirge” klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun da fikirlərinə rast gəlinir. 32 yaşlı hücumçuya bugünkü matçla bağlı yox, III Bundesliqanın növbəti turunda “Zviçkau” komandasına qarşı keçirəcəkləri görüşlə bağlı müraciət olunub.

Qeyd edək ki, bu gün “Europa-Park” stadionunda təşkil olunacaq “Frayburq” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir