Cəmiyyət

Daşıyıcı şirkətlər: “Bəzi istiqamətlərdə sərnişindaşıma rentabelli deyil” – FOTO

Sharing is caring!

Azərbaycanın daşıyıcı şirkətləri qeyri-qanuni sərnişin daşımalarından, bəzi istiqamətlərdə şəhərlərarası sərnişin daşınmasının az rentabelli olmasından narazıdır.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi xəbər verir ki, sahibkarlar narazılıqlarını Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) onlarla keçirdiyi görüşdə dilə gətiriblər.

Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşıma ilə məşğul olan daşıyıcıların iştirak etdiyi görüşdə sərnişindaşımadakı çatışmazlıqlar, daşıyıcıların fəaliyyəti, qarşılaşdıqları problemlər və onların həlli yolları müzakirə olunub.

Daşıyıcılar həmçinin istifadədə olan nəqliyyat vasitələrinin yenilənməsində çətinlik çəkdiklərini bildiriblər.

Görüşdə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında qanunsuz sərnişindaşımanın aradan qaldırılması ilə bağlı addımların tədricən səmərə verdiyi vurğulanıb. Rayon avtovağzallarının fəaliyyəti və bilet satışındakı problemlər diqqətə çatdırılıb.

Görüşdə sürücülərin peşəkarlıq keyfiyyətinin artırılmasına ehtiyac olduğu da qeyd edilib.
AYNA-nın İdarə Heyətinin sədri Anar Rzayev avtobus parkının vəziyyəti və yenilənməsi istiqamətində görüləcək işlər barədə məlumat verib. Həmçinin şəhərdaxili marşrutlarda nağdsız ödəniş sisteminə keçid və onlayn bilet satışı sisteminin genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən söz açıb.

Görüşdə şəhərlərarası və rayonlararası müntəzəm avtobus marşrutlarının müsabiqəyə çıxarılması barədə də fikir mübadiləsi aparılıb. Qeyd edilib ki, şəhərlərarası sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində 4 istiqamət üzrə 9 reys müsabiqəyə çıxarılıb. Növbəti mərhələdə şəhərətrafı və şəhərdaxili marşrutlarla bağlı da eyni addımın atılacağı vurğulanıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir