Cəmiyyət

Ağcabədidə iki minik maşını toqquşub, yaralanan var

Sharing is caring!


Ağcabədidə bir nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib.

APA xəbər verir ki, hadisə Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Ağcabədi rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Beyləqan rayonu Eyvazalılar kənd sakini 1983-cü il təvəllüdlü Nadir Nazim oğlu Muradov idarə etdiyi 55-BM-764 dövlət qeydiyyat nişanlı “Vaz 21074” markalı minik avtomobili ilə Şəki rayon sakini 1985-ci il təvəllüdlü Məhəmməd Qardaşxan oğlu Əmrahovun idarə etdiyi 90-FR-978 dövlət qeydiyyat nişanlı “Mercedes-Benz” markalı minik avtomobili ilə toqquşub.

Nəticədə VAZ 21074 markalı avtomobildə olan sərnişin 1955-ci il təvəllüdlü, Beyləqan rayonu Eyvazalılar kənd sakini Dilşad Qoçaq qızı Kazımova xəsarət alaraq Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir