Cəmiyyət

Prezident seçkilərində ilk dəfə səs verəcək tələbələrlə maarifləndirici seminarlar keçirilir – FOTO

Sharing is caring!


Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı və Mərkəzi Seçki Komissiyasının (MSK) dəstəyi ilə 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezident seçkilərində ilk dəfə səs verəcək tələbələr üçün seçki hüququ ilə bağlı maarifləndirici seminarların keçirilməsinə başlanılıb.

Tədbirdə əsas məqsəd seçki sistemi, seçicinin hüquq və vəzifələri barədə maarifləndirmə, habelə baş tutacaq seçkilərdə ilk dəfə seçici kimi iştirak edəcək tələbələrin məlumatlılıq səviyyəsinin və seçici fəallığının artırılmasıdır.

Mütəmadi təşkil olunacaq bu sessiyalara 27 dekabr tarixindən etibarən başlanılıb. Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Seçenov adına Moskva Tibb Universitetinin Bakı filialı və Azərbaycan Kooperasiya Universitetində keçirilən ilk məlumat sessiyalarında səsvermə hüququna malik yüzlərlə tələbə iştirak edib. MSK nümayəndələrinin iştirakı ilə reallaşan görüşlərdə gənclərə səsvermə proseduru, eləcə də seçki gününədək və seçkilər zamanı bilməli olduqları zəruri hüquqi məsələlər çatdırılıb, tələbələri maraqlandıran suallar cavablandırılıb.

Genişmiqyaslı maarifləndirmə proqramı çərçivəsində reallaşdırılan məlumat sessiyalarının ölkə üzrə fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrində davam etdirilməsi nəzərdə tutulub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir