Cəmiyyət

2024-cü ildə keçiriləcək buraxılış imtahanlarının tarixləri açıqlanıb

Sharing is caring!


Dövlət İmtahan Mərkəzi ümumi və tam orta təhsil səviyyəsi üzrə 2024-cü ildə keçiriləcək buraxılış imtahanlarının tarixini açıqlayıb.

Mərkəzdən bildirilib ki, imtahan qrafiki Elm və Təhsil Nazirliyi ilə razılaşdırılıb.

İmtahan iştirakçılarının nəzərinə çatdırılıb ki, ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı proqramları tədris ilinin əvvəlində – sentyabr ayında ictimaiyyətə təqdim olunub və mərkəzin saytına yerləşdirilib. Buraxılış imtahanı proqramları yaxın vaxtlarda “Abituriyent” jurnalının xüsusi buraxılışlarında da dərc olunacaq.

  İmtahanın adı

Tarix

1. Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı – I zona, peşə liseylərinin buraxılış imtahanı 3 mart
2. Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı – II zona, peşə liseylərinin buraxılış imtahanı 10 mart
3. Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı – I zona 17 mart
4. Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı – II zona 7 aprel
5. Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı – III zona 21 aprel
6. Azərbaycan dili imtahanı (dövlət dili kimi), 9 və 11-ci sinif, 1-ci cəhd 12 may
7. Azərbaycan dili imtahanı (dövlət dili kimi) 9 və 11-ci sinif, 2-ci cəhd 30 iyun

Qeyd 1: İmtahandan 1 ay öncə zonalara aid olan şəhər və rayonlar haqqında məlumat paylaşılacaq.

Qeyd 2: Ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları modelində dəyişiklik yoxdur və 2024-cü ildə builki imtahan modeli tətbiq olunacaq.

Qeyd 3: DİM tərəfindən keçiriləcək digər imtahanların qrafiki 2024-cü ilin yanvar ayı ərzində paylaşılacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir