Kriminal

Maşınla qadını vuraraq öldürən şəxsə hökm oxundu

Sharing is caring!


Lənkəran Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Pənah Nəsirovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Pravda.az xəbər verir ki, hakim Cavid Səfərlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Pənah Nəsirov cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək. Onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılıb.

İttihama görə, hadisə 21 noyabr 2021-ci il tarixdə, saat 15 radələrində Cəlilabad şəhəri, H.Əliyev prospektində qeydə alınıb. Belə ki, rayon sakini, 1999-cu il təvəllüdlü Pənah Nəsirov nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan və sürücülük vəsiqəsi olmadan idarə etdiyi “VAZ-2101” markalı avtomobil ilə Cəlilabad şəhəri ərazisində hərəkətdə olarkən yolu soldan sağa keçən piyada, rayon sakini, 1976-cı il təvəllüdlü Şəfəq Məmmədovanı vurub. Xəstəxanaya yerləşdirilən yaralı 28 fevral 2022-ci il tarixdə ölüb. Daha sonra Pənah Nəsirov cinayət məsuliyyətinə cəlb edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir