Cəmiyyət

Bakıda avtomobil dəmir arakəsməyə çırpılıb: Xəsarət alan var – FOTO

Sharing is caring!


Bakının Suraxanı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, qəza Hövsan yolunda qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Hyundai” markalı minik maşınının sürücüsü idarəetməni itirib.

Nəticədə avtomobil yoldan çıxaraq yol kənarındakı dəmir arakəsməyə çırpılıb. Qəza zamanı bir nəfər yüngül xəsarət alıb.

Əraziyə polis əməkdaşları cəlb edilib.

Avtomobilə ciddi ziyan dəyib. Nəqliyyatın hərəkətinə mane olmamaq üçün qəzaya uğrayan avtomobil ərazidən kənarlaşdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir