Cəmiyyət

Ağsaqqallar Şurası İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyib

Sharing is caring!


Ağsaqqallar Şurası bu gün keçirilən ümumi yığıncağında İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyib.

“Report” xəbər verir ki, bu barədə Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev Şuranın ümumi yığıncağında çıxışı zamanı deyib.

O, 35 min üzvü olan qurumun Prezident İlham Əliyevin siyasətinin davamını tarixi zərurət hesab etdiyini bildirib.

E.Quliyev ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, dövlət başçısı İlham Əliyevin Azərbaycanı siyasi, iqtisadi və hərbi cəhətdən qüdrətli, beynəlxalq səviyyədə söz sahibi olan dövlətə çevirdiyini qeyd edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir