Cəmiyyət

Bədəni yanan azyaşlının atası: “Uşaqlar bayramda Şaxta babanın onlara hədiyyə gətirməsini gözləyirlər” – FOTO

Sharing is caring!


İyulun 2-də İsmayıllı rayonunda yaşayan ailə dəhşətli hadisə ilə üzləşib.

Bu barədə Oxu.Az-a Rafiq Məmmədli məlumat verib.

O qeyd edib ki, iki övladı birdən ağır yanıq xəsarəti alıb:

“Mətbəxdə qaz plitəsinin üzərində su qaynadırdıq. Bu zaman bizim xəbərimiz olmadan 2019-cu il təvəllüdlü oğlum Natiq Məmmədli və 2021-ci il təvəllüdlü oğlum Hüseyn Məmmədli qaz plitəsinin altında yerləşən elektrik sobasının qapağını açıb-bağlayaraq oyun oynamağa başlayıblar. Qapaqla oynayarkən qaz plitəsinin üstündəki qaynar su ilə dolu olan qab sürüşərək uşaqların üzərinə aşıb. Nəticədə hər iki oğlum dəhşətli formada ağır yanıq xəsarəti alıb. Biz təcili yardım maşını ilə Bakıya gəldik. Bakıda xəstəxanalardan birində 17 gün qaldıq. Onun 8 günü reanimasiyada keçib. Xəstəxana xərclərimizi ödəyə bilmədiyimiz üçün oradan öz ərizəmizlə ayrıldıq.

Daha sonra isə yardımsevər insanların dəstəyi ilə müalicəni ev şəraitində davam etdirdik. Özüm avtoyumada işləyirəm. 600 manat maaş alıram. Həyat yoldaşım isə evdar qadındır. Bizim bu ağır sınaqdan təkbaşına çıxmağımız mümkün deyil. Yardımsevər insanlardan bizə yardım göstərmələrini xahiş edirəm.

Qeyd edim ki, sizin dəstəyinizlə artıq bir övladımın vəziyyəti yaxşılaşıb. Amma digərinin vəziyyəti, demək olar ki, heç yaxşı deyil. Həkimin yazdığı dərmanları ala və masajları etdirə bilməyim üçün 1200 manata ehtiyacım var. Biz Lahıcda yaşayırıq. Evimiz odun sobası ilə qızır. Bədəni yanan oğlum isə yanıq yerləri göynədiyi üçün əyninə paltar geyinə bilmir. Ev çox soyuq olur. Çatdırıb odun da ala bilmirəm. Bir tərəfdən də bayram yaxınlaşır. Uşaqlar Şaxta babanın onlara hədiyyə gətirəcəyini gözləyirlər. Mənim isə heç müalicəni etdirmək üçün belə pulum yoxdur”.

Ailə ilə əlaqə: (077) 571-32-62 (Rafiq Məmmədli).

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir