Cəmiyyət

ATV 23 yaşında

Sharing is caring!


Bu gün Azad Azərbaycan (ATV) telekanalının yarandığı gündür.

Oxu.Az xəbər verir ki, 25 dekabr 2000-ci il tarixində fəaliyyətə başlayan Azərbaycanın özəl telekanallarından birinin 23 yaşı tamam olur.

“Azad Azərbaycan Teleradio Yayım Şirkəti” 13 may 1998-ci ildə Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb, 25 dekabr 2000-ci il tarixində isə yayıma başlayıb. 

Kanalın ilk efir vaxtlarında yayım saatını əsasən kliplər, bədii və cizgi filmlər təşkil edib. Lakin 2002-ci ildən “Son Xəbər” adlı xəbər verilişi ilə informasiya proqramlarının yayımına başlayıb. 

2009-cu ilin oktyabrında “ATV International” adlı digər kanal yayıma başlayıb. 2013-cü ildə kanalın adı dəyişdirilərək CBC olub. Bu, Azərbaycanın ilk və yeganə beynəlxalq telekanalıdır.

21 dekabr 2015-ci il tarixində “ATV Plus”da “HD” yayıma başlayıb. Hazırda “Azad Azərbaycan HD” kanalının ölkənin hər yerindən izlənilməsi imkanı var. 4 yanvar 2016-cı il tarixindən etibarən Rusiyanın “NTV Plus” kabel televiziyasında yayımlanır. 28 yanvar 2022-ci ildə “Azerspace-1” peykində HD yayım formatına keçib.

Oxu.Az-ın kollektivi ATV-də çalışan bütün həmkarlarını təbrik edir, onlara işlərində yeni-yeni uğurlar arzulayır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir