Dünya

Türkiyənın NATO sammitindəki gündəliyi açıqlandı

Sharing is caring!

İyunun 28-30-da İspaniyanın paytaxtı Madriddə NATO liderlərinin sammiti keçiriləcək.

Tədbirdə 30 üzv ölkənin dövlət və ya hökumət başçıları ilə yanaşı, üzvlük üçün müraciət etmiş İsveç və Finlandiyanın da yüksək səviyyəli nümayəndələri iştirak edəcək.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın da qatılacağı sammitdə ölkənin hansı məsələləri qaldıracağı məlum olub.

Bildirlib ki, Ərdoğanın gündəliyinə İsveç və Finlandiyanın NATO üzvlüyü, taxıl dəhlizi, Rusiya-Ukrayna müharibəsi, Yunanıstanla mövcud problemlər, Suriyanın şimalında keçirilməsi planlaşdırılan əməliyyat və qlobal iqtisadiyyatla bağlı məsələlər daxildir.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir