Cəmiyyət

Sumqayıtda mopedlə qəzada ölən şəxs Dünya və Avropa mükafatçısı olub – TƏFƏRRÜAT + VİDEO

Sharing is caring!


Sumqayıtda yol-nəqliyyat hadisəsi zamanı ölən moped sürücüsü cüdo üzrə Dünya və Avropa mükafatçısı imiş.

Belə ki, ötən gün 1972-ci il təvəllüdlü Füzuli Nizami oğlu Bağırov idarə etdiyi mopedlə hərəkətdə olarkən yol kənarındakı dirəyə çırpılıb.

Sürücü aldığı yaralardan hadisə yerində keçinib.

Mərhumun bacısı Lamiyə Bağırovanın sözlərinə görə, hadisəyə səbəb küləyin güclənməsi olub:

“Qardaşımın heç bir sağlamlıq problemi olmayıb. Müxtəlif illərdə Dünya və Avropa çempionatının fəxri kürsülərində yer alıb”.

F.Bağırovun iş yoldaşı, baş məşqçi Yengivar Əliyev bildirib ki, tələbəsinin yarışısı izləmək üçün gəlirmiş:

“Onun tələbələri Sumqayıt şəhər birinciliyində mükafatçı oldu. Lakin o bu günü görmədi”.

Ətraflı Baku TV-nin süjetində:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir