Cəmiyyət

Güclü külək Qubada “Yaşıl Teatr”ın dam örtüyünü uçurub, şəhərə elektrik verilişi dayanıb – VİDEO

Sharing is caring!


Gecə saatlarında güclü külək Quba, Qusar, Siyəzən və Xaçmaz rayonlarında fəsadlar törədib.

APA xəbər verir ki, külək Qubada “Yaşıl Teatr”ın dam örtüyünü uçurub, rayonun elektrik təsərrüfatına ciddi ziyan dəyib.

Hazırda Quba şəhəri də daxil olmaqla, rayonun əksər kəndlərində elektrik enerjisi yoxdur.

Qusar və Xaçmaz rayonlarında isə, irigövdəli ağacları külək elektrik xətlərinin üzərində aşırıb, əksər yaşayış məntəqələrində elektrik enerjisi kəsilib.

Siyəzəndə külək iki çoxmənzilli binanın dam örtüyünü uçurub. Bu rayonunun da elektrik təsərrüfatına ciddi ziyan dəyib.

Hazırda fəsadların aradan qaldırılması istiqamətində işlərə başlanılıb.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir