Cəmiyyət

Azərbaycanın Dubaydakı səfirliyi BƏƏ-də yaşayan vətəndaşlara müraciət edib

Sharing is caring!


Azərbaycanın Dubaydakı səfirliyi Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay və Şimal Əmirliklərində daimi və ya müvəqqəti yaşayan 18 yaşını tamamlamış Azərbaycan vətəndaşlarına müraciət edib.

Bu barədə səfirlikdən bildirilib.

Qeyd olunub ki, 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçiriləcək. Seçkidə iştirak etmək üçün 18 yaşını tamamlamış, aktiv seçici hüququna malik Azərbaycan vətəndaşlarının sayı seçicilər siyahısına daxil edilir.

Vətəndaşlar seçicilər siyahısına daxil olmaq üçün [email protected] elektron poçt ünvanına mümkün qədər qısa müddət ərzində soyad, ad və ata adlarını, doğum tarixlərini, Dubay və Şimal Əmirliklərində daimi və ya müvəqqəti yaşadıqları və ya olduğu yerin ünvanını göndərməlidirlər.

Bildirilib ki, dekabrın 28-nə qədər məlumatları qeyd olunan elektron poçt ünvanına göndərməyən vətəndaşların adlarının seçicilər siyahısına daxil edilməsi mümkün olmayacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir