Cəmiyyət

Ali Baş Komandan İlham Əliyevin Zəfər Ordusu və Qələbə yürüşü

Sharing is caring!

Azərbaycan Respublikası dövlətimizin ərazi bütövlüyünü qoruyan, dünyanın ən güclü orduları ilə eyni sırada yer alan və yüksək döyüş hazırlığı olan Silahlı Qüvvələrə malikdir. 2003-cü ildən etibarən ordu quruculuğu məsələləri dövlət siyasətinin prioriteti kimi müəyyən olunmuşdur. Planlı və ardıcıl şəkildə görülmüş işlər Azərbaycan ordusunu dünyanın ən güclü 50 ordusu sırasına yüksəlmişdir.

2020-ci il sentyabrın 27-də  Milli Ordumuz ermənilərin təxribatına layiqli cavab verməklə düşmənə sarsıdıcı zərbələr endirdi və zəbt olunmuş ərazilərimizi işğalçılardan təmizlədi. Bu qalibiyyət Prezident İlham Əliyev tərəfindən həyata keçirilən ordu quruculuğunun mühüm nəticəsi kimi tarixə yazıldı. Bu şanlı qələbə erməni işğalçılarına xalqımızın və dövlətimizin gücünü nümayiş etdirdi, Milli Ordumuzun işğal olunmuş torpaqlarımızı istənilən anda azad etməyə qadir olduğunu göstərdi.

İlham Əliyevin xüsusi nəzarəti, tapşırıqları, göstərişləri və təşəbbüsləri ilə təhlükəsizlik siyasətini həyata keçirən və bu istiqamətdə praktik fəaliyyət göstərən strukturlardan ilk növbədə ordunun yüksək döyüş hazırlığı səviyyəsinə gətirilməsi üçün gərgin, səmərəli və məqsədyönlü iş aparılıb. Azərbaycanın maliyyə imkanlarının artması nəticəsində Silahlı Qüvvələrin tərkibindəki bütün qoşunların döyüş imkanlarının artırılması üçün qabaqcıl dövlətlərlə uğurlu əməkdaşlıq həyata keçirilib.

Vətən müharibəsi onu da təsdiq etdi ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Ermənistanın məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi ilk gündən dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi.

Beləliklə, İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa edən lider kimi adını əbədi olaraq tarixə yazdırdı. Azərbaycan xalqının qalibiyyət salnaməsinin müəllifi olan İlham Əliyev Vətən müharibəsinin qəhrəmanına çevrildi. Ona görə də Ali Baş Komandan İlham Əliyev ən ali xalq və dövlət təltiflərinə  layiqdir.

Prezident İlham Əliyev müharibə dövründə dünyanın ən böyük media qurumlarına 30-dan çox müsahibə verdi, münaqişə ilə bağlı əsl həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırdı. Xalqımızın Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Müzəffər Ali Baş Komandanı İlham Əliyev Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında Sərəncam imzalayıb, həmçinin Hərbi Qənimətlər Parkının salınmasının ideya müəllifi olub.

Cənab Ali Baş Komandan! Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin. Sizə xas olan böyük fədakarlıq, geniş təfəkkür, yüksək peşəkarlıq xalqımızın qarşısında duran məsələləri həll etməyə imkan verir.

Varid Əsgərov,

Cəlilabad Rayon İcra Hakimiyyətinin əməkdaşı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir