Cəmiyyət

Sürücülərin narazılığına səbəb olan maneələrlə bağlı Dənizkənarı Bulvardan AÇIQLAMA

Sharing is caring!


Sosial şəbəkələrdə məlumat yayılıb ki, “Su İdman Sarayı”na gedən yol təmirə bağlı olduğu üçün sürücülər alternativ yoldan istifadə etmək məcburiyyətində qalıblar.

Belə ki, Bibiheybətdən şəhər istiqamətinə hərəkət edən sürücülər isə digər bir problemlə üzləşdiklərini deyirlər. Çünki Dənizkənarı Bulvar istiqamətində yola maneələr quraşdırılıb. Bu da sürücülərin narazılığına səbəb olub.

Məsələ ilə bağlı Dənizkənarı Bulvar idarəsi ilə əlaqə saxladıq. İdarədən Bizim.Media-ya bildirilib ki, sözügedən ərazi Dənizkənarı Bulvar idarəsinə aiddir:

“Ərazi idarənin sanitar-mühafizə zonasına daxildir. “Dənizkənarı Milli Park haqqında Əsasnamə”yə əsasən, Dənizkənarı Bulvar İdarəsinin Milli Parkın fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək, habelə ərazidə xüsusi mühafizə rejimini təmin etmək üzrə müstəsna səlahiyyətləri var.

Nəzərə alaq ki, xüsusi mühafizə olunan təbiət əraziləri, qoruqları, Milli Parklarda xüsusi mühafizə rejiminin müəyyənləşdirilməsi qanunvericiliklə yol verilən haldır. Bütün Milli Parklarda, qoruqlarda bu sistem tətbiq olunur.

Burada məqsəd nəzarəti artırmaqdır. O ərazidən keçib evlərinə gedən insanlara gəlincə, onlar üçün heç bir problem yaranmayacaq. Ümumiyyətlə, o yoldan insanlar gediş-gəliş üçün rahat şəkildə istifadə edə biləcəklər”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir