Kriminal

Bakı sakininə səkkiz bıçaq zərbəsi vuruldu

Sharing is caring!

Bakının Suraxanı rayonunda dava zamanı bir nəfər bıçaqlanıb.

Xəbəral.az xəbər verir ki, hadisə Hövsan qəsəbəsində qeydə alınıb.

Belə ki, Oqtay Şabanov küçəsində 1988-ci il təvəllüdlü Qasımov Kamil Bəhmən oğlu tanıdığı şəxslə mübahisə edib. Mübahisə davaya çevrilib. Hələlik adı məlum olmayan şəxs K.Qasımova bıçaq bir neçə xəsarət yetirib.

Yaralı xəstəxanaya yerləşdirilib. Xəstəxananın növbətçi cərrahının verdiyi məlumata görə, K.Qasımovun bədənin müxtəlif nahiyələrinə 8 bıçaq zərbəsi vurulub.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsi araşdırma aparır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir