Dünya

Moskvada 673 kiloqram kokain aşkarlanıb – VİDEO

Sharing is caring!


Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Moskvada 673 kiloqram Latın Amerikası kokainini müsadirə ediblər.

Məlumata görə, kokainin Avropaya göndərilməsi nəzərdə tutulub. Onun qara bazarda dəyəri 2,5-6,5 milyard rubl (təxminən 47-122 milyon manat – red.) arasında qiymətləndirilir.

Qeyd edək ki, narkodəstənin üzvləri kokainin topdansatış partiyasını satmağa cəhd edərkən yaxalanıblar. Narkotik avtomobildə olan qutulara yığılıb. Saxlanılanlardan biri bildirib ki, onlara yeşik daşımaqla pul qazanmağı təklif ediblər.

Mənbə: lenta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir