Cəmiyyət

Məktəbdə bomba var demişdi, Bakı həbsxanasında öldü

Sharing is caring!


Bakıda məhkum cəzaçəkmə müəssisəsində ölüb.

Lent.az xəbər verir ki, Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrindən birində saxlanılan 50 yaşlı Aslanov Elbrus Temir oğlu dünyasını dəyişib.

Onun xərçəng xəstəliyindən əziyyət çəkdiyi bildirilir.

Qeyd edək ki, E.Aslanov 2017-ci ildə Ağdam rayonu Quzanlı qəsəbəsində yerləşən 18 nömrəli məktəbə bomba qoyulması və az sonra partlayacağı barədə yalan xəbər verib. Buna görə ona cinayət işi açılıb. Mərhumun son məhkumluğu isə soyğunçuluğa görə olub. Belə ki, o, Cinayət Məcəlləsinin 180.2.5-ci (soyğunçuluq, zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunaraq azadlıqdan məhrum edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir