Cəmiyyət

Sabiq vəzifəli şəxsin oğlu məhkəmə zalında həbs edildi

Sharing is caring!


Hesablama Palatasının Dövlət İnvestisiyalarının Auditi Şöbəsinin sabiq müdiri Bəhram Abbasovun oğlu, “Konstra” MTK-nin təsisçisi və sədri Bəsrət Abbaslı və onunla birgə ittiham olunanların – MTK-nın direktoru Dilafir Rəsulov və əməkdaşı Tahir Əliyevin – cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Hökmə əsasən, D.Rəsulov 13 il 6 ay, T.Əliyev 13 il, B.Abbaslı 1 il 6 ay müddətə azadlıqdan məhrum ediliblər. İstintaq dövründə zamində olan B.Abbaslı məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, D.Rəsulov və T.Əliyev Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq – xüsusilə külli miqdarda zərər vurmaqla) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), B.Abbaslı isə yalnız 303.2-ci maddə ilə ittiham edilirdilər. Onlar zərərçəkmiş şəxslərdən pul alsalar da ev verməyib, pulu öz maraqları üçün xərcləyiblər.

Qeyd edək ki, “Konstra MMC” şirkəti ilə əlaqədar uzun müddətdir narazılıqlar var. Məsələ ilə bağlı açıqlama verən Bəsrət Abbaslı bildirmişdi ki, atası Bəhram Abbasovun qanuni olaraq şirkətə aidiyyəti yoxdur. Onun sözlərinə görə, sadəcə, cavan olduğu üçün əksər görüşlərə atasını da aparıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir