Cəmiyyət

Yaxın günlərdə Bakıya qar yağacaq? – AÇIQLAMA

Sharing is caring!


“Yaxın iki gün ərzində – dekabrın 19-20-si ölkə ərazisində hava şəraitinin sabitləşəcəyi və gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir”.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

O xatırladıb ki, əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində dekabrın 17-dən 18-i səhərədək qeyri-sabit, küləkli, yağıntılı hava şəraiti müşahidə olunub:

“Bəzi yerlərdə qar yağdı və yağan qar nəticəsində bəzi bölgələrdə qar örtüyü əmələ gəldi. Lakin yaxın günlərdə ölkə ərazisində hava şəraitinin sabitləşəcəyi gözlənilir”.

Xatırladaq ki, dekabrın 18-də saat 9:00-a olan məlumatına əsasən, ölkə ərazisində yağıntılı hava şəraiti davam edib, bəzi yerlərdə qar yağıb, gecə və səhər saatlarında Abşeron yarımadasının bəzi yerlərində yağış sulu qara keçib. Əsən güclü şimal-qərb küləyi səhər saatlarından 8-13 m/s-dək zəifləyib. Qar örtüyünün hündürlüyü Şahdağda 16 sm, Daşkəsəndə 15 sm, Şəkidə 14 sm, Əlibəydə (Zaqatala) 13 sm, Ordubadda 11 sm, Sarıbaş (Qax), Gədəbəydə 10 sm, Qrızda 8 sm, Yardımlıda 7 sm, Xaltan, Şamaxı, Lerikdə 4 sm, Göygöl, İsmayıllı, Quba, Qusarda 3 sm, Altıağac, Qobustan, Şahbuzda 2 sm, Qəbələdə 1 sm olub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir