Cəmiyyət

Deputat: “Məhkəmələrdə monitorinqlərin aparılması şəffaflığı və vətəndaş məmnunluğunu artıracaq”

Sharing is caring!


“Ölkəmizdəki hərtərəfli inkişafa uyğun olaraq bu gün məhkəmə-hüquq islahatları da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Dövlət başçısının qanunvericilik təşəbbüsü ilə mütərəqqi qanunların qəbul edilməsi və məhkəmə-hüquq sistemində islahatların aparılması məhkəmə sistemində süründürməçilik və mümkün sui-istifadə hallarının qarşısının alınmasına, həmçinin cəza siyasətinin hümanistləşdirilməsinə mühüm töhfələr verməkdədir”.

Bunu e-huquq.az-a açıqlamasında millət vəkili, Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Jalə Əhmədova deyib.

O qeyd edib ki, məhkəmə sisteminin daha da təkmilləşməsi istiqamətində həyata keçirilən islahatlar məhkəmələrin müstəqilliyini daha səmərəli şəkildə təmin edəcək.

Ali Məhkəmənin Plenumu tərəfindən qəbul edilən məhkəmələrdə monitorinqlərin aparılması haqqında qərara da münasibət bildirən millət vəkili deyib ki, bu tədbirlərin hər biri vətəndaş məmnunluğunun təmin edilməsinə hesablanıb:

“Ali Məhkəmənin Plenumu tərəfindən “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” verilmiş qərarın da bu məqsədi daşıdığını düşünürəm. Və həmin qərarın tətbiqi ilə bağlı məhkəmələrdə bir il ərzində monitorinqlərin aparılmasını təqdirlə qarşılayır, məhkəmə sistemində şəffaflığın təmin edilməsi, qeyri-obyektiv qərarların aşkarlanması, neqativ halların aradan qaldırılması baxımından müsbət dəyərləndirirəm”.

J.Əhmədova hesab edir ki, bu cür monitorinqlər mütəmadi keçirilməlidir:

“Bu, həm məhkəmə sisteminin daha da inkişaf etməsinə müsbət təsirini göstərəcək, həm də vətəndaş narazılığını aradan qaldıracaq. Çünki ədalət mühakiməsini həyata keçirən məhkəmələrimiz ali hakimiyyət orqanı olmaqla yanaşı, həm də vətəndaş narazılığı olan bir qurumdur. Tərəflərin qarşı-qarşıya durduğu, mübahisələrin həll edildiyi məhkəmələrdə qərar verilərkən istər-istəməz tərəflər arasında narazılıq yaranır və təbii olaraq vətəndaşlarımız məhkəməni günahlandırırlar. Çünki günahkar öz günahını boynuna almadığı kimi, cinayət törətmiş şəxs də əksər hallarda özünü təqsirli saymır”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir