İdman

Azərbaycan çempionu iki yeni oyunçu ilə anlaşdı

Sharing is caring!

Futzal üzrə UEFA Çempionlar Liqasında çıxış edəcək “Araz-Naxçıvan” heyətini yeni oyunçularla gücləndirib.

Azərbaycan Futzal Federasiyasından verilən məlumata görə, baş məşqçi Joze Alesio da Silvanın istəyi ilə ölkə çempionu ötən mövsümü “Neftçi” İK-da keçirən qapıçı Cavad Məmmədov və U-19-un yetirməsi Xəzər Ağalızadə ilə anlaşıb.

Qeyd edək ki, “Araz-Naxçıvan” bunadək Rövşən Hüseynli, eləcə də braziliyalı Mateus Katatau, Vitao və Viktor Uqo Piresa ilə müqavilə imzalayıb. Komanda yeni mövsümün hazırlığına avqustun 10-da start verəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir