Cəmiyyət

Sabiq baş həkimə hökm oxunub

Sharing is caring!


Sumqayıt Şəhər Məhkəməsində vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilən Sumqayıt 2 saylı Şəhər Xəstəxanasının sabiq baş həkimi Ramiz Həmzəyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA xəbər verir ki, Sumqayıt Şəhər Məhkəməsinin hakimi Rövşən Xəlilovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə təqsirli bilinərək qazancından 15 faiz dövlət nəfinə pul tutulmaqla, iki il müddətinə islah işləri cəzasına məhkum edilib.

Ramiz Həmzəyev Cinayət Məcəlləsinin 313-cü maddəsinə əsasən təqsirli bilinib, lakin barəsində başlanmış cinayət işinə cinayət məsuliyyətinə cəlbetmə müddəti bitdiyinə görə xitam verilib.

İttihama görə, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin Sumqayıt 2 nömrəli Şəhər Xəstəxanasının baş həkimi işləmiş Ramiz Şahverdi oğlu Həmzəyev vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla səlahiyyətlərindən sui-istifadə edib, rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil edib. Belə ki, o, əlillik dərəcəsi almaq üçün müraciət etmiş şəxslərin adına xəstəxanada stasionar müalicə almaları barədə müxtəlif diaqnozlar qeyd edilməklə saxta sənədlər verib. Bununla da Cinayət Məcəlləsinin 308.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir