Cəmiyyət

Qərbi azərbaycanlı: “Məktəbin bir otağını muzeyə çevirdim” – VİDEO

Sharing is caring!


Bəzən “bura mənim torpağımdır” deyəndə fakt istənilir. Fakt isə göz qarşısındadır.

Bunun üçün Qərbi Azərbaycanın tarixi, əzəli torpağımız olduğunu sübut edən Baxşeyiş Ələmşahovun muzeyinə baxmaq kifayət edir.

Vaxtilə doğma yurdundan 300-dən çox eksponat gətirib.

Onun sözlərinə görə, həmişə bir arzusu olub:

“Böyük bir tarix muzeyi yaratmaq istəmişəm. Məktəbin bir otağını muzeyə çevirdim. Qafan şəhərində əmək fəaliyyətimin ilk illərindən etibarən tarixi eksponatlar toplamağa başladım. Bu eksponatlar yavaş-yavaş artmağa başladı. 1988-ci ildə deportasiya olunduğumuz vaxt çox çətinliklə Qərbi Azərbaycandan 300-dən artıq eksponat gətirdim” – o deyib.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir