Cəmiyyət

Qalib xalqın Qalib Prezidenti

Sharing is caring!

Prezident İlham Əliyevin dekabrın 7-də tarixi Sərəncamı ilə 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri elan edildi.

Azərbaycan dövlətinin əldə etdiyi bütün uğurlara görə Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və bu siyasəti böyük əzmlə və qətiyyətlə davam etdirən ölkə Prezidenti, Yenilməz Sərkərdə, Ali Baş Komandan İlham Əliyevə borcludur. Ulu Öndər Heydər Əliyevin ən layiqli siyasi varisi Cənab İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 20 il ərzində ölkəmizdə bütün sahələrdə sürətli inkişafa nail olunub, insanların sosial-iqtisadi vəziyyəti daha da yaxşılaşıb.

Doğma Vətənimiz uğurla inkişaf edir. Ölkə Prezidenti İlham Əliyevin müdrik islahatları ilə Azərbaycanı iqtisadi baxımdan qüdrətli dövlətə çevirib. Vaxtaşırı olaraq şəhid ailələrinin, qazilərin mənzil, məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılır.

Sentyabrın 19-da başlayan və cəmi 23 saat 44 dəqiqə çəkən antiterror əməliyyatları ilə Qarabağdakı separatçıların silah-sursatları və canlı qüvvələri məhv edildi, baş terrorçuların əksəriyyəti isə həbs olundular. Oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Prezidenti, Yenilməz Sərkərdə, Ali Baş Komandan İlham Əliyev üçrəngli Bayrağımızı ucaltdı. Ali Baş Komandan, Prezident İlham Əliyev Bayrağımızı şəhərin meydanında ucaltdıqdan sonra xalqa müraciətində demişdir: “Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində Prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və “Qurani-Kərim”ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi”.

Prezident İlham Əliyev 7 noyabr 2023-cü ildə daha bir qürurverici anları xalqımıza bəxş etdi. Xankəndi şəhərində hərbi parad keçirildi və paradda separatçılardan götürülən hərbi texnikalar nümayiş etdirildi. Bununla da Ermənistanın Azərbaycan dövlətinə və xalqına qarşı etdiyi pisliklərə, vandalizm aktlarına, işğalçılıq siyasətinə sərt və qətiyyətli cavab verildi. Nümayiş etdirildi ki, Azərbaycan xalqı qalib xalqdır və bu xalqa yalnız zəfər yaraşır. “Qarabağ Azərbaycandır!” şüarını dilindən düşürməyən xalqımız, uzun illər min bir zəhmət hesabına bu şüarı yaradan və həyata keçirən ölkə rəhbərinin yeni seçkilərdə əlbəttə ki, yanında olacaq, xarici və daxili siyasətini, o cümlədən Qarabağda və ölkənin digər bölgələrində quruculuq işlərini fəal şəkildə dəstəkləyəcək.

Soltan Bayramov,

3 nömrəli Regional Sukanal İdarəsinin

Cəlilabad Sukanal sahəsinin baş mühəndisi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir