Cəmiyyət

Hüquq sahəsində “Dəmir yumruq” intellektual müsabiqəsi başlayıb – FOTO

Sharing is caring!


Dekabrın 9-da “Mogan” mehmanxanasında Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının (ARVK) təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə və müzəffər Ali Baş Komandan İlham Əliyevin doğum gününə həsr edilən tələbələr arasında hüquq sahəsində “Dəmir yumruq” intellektual müsabiqəsi başlayıb.

Oxu.Az-ın məlumatına görə, üç mərhələdən ibarət olan müsabiqədə Elm və Təhsil Nazirliyinin “Sabah” qrupları, Bakı Dövlət Universiteti, Dövlət İdarəçilik Akademiyası, Milli Aviasiya Akademiyası, ADA Universiteti, Daxili İşlər Nazirliyinin Polis Akademiyası, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası, Dövlət Gömrük Komitəsinin Akademiyası və Naxçıvan Dövlət Universitetinin Hüquq fakültələrinin tələbələrinin komandaları yarışıb.

Qeyd edək ki, tədbirə təşkilati dəstək Vəkillər Kollegiyasının Akademiyası, maliyyə və texniki dəstək isə “Kəngərli və partnyorları” Vəkil Bürosu tərəfindən həyata keçirilir.

Xatırladaq ki, müsabiqənin ikinci mərhələsi dekabrın 16-da, final yarışı isə dekabrın 23-də təşkil ediləcək.

Sonda qaliblər mükafatlandırılacaqlar.

Daha çox şəkil burada: PhotoStock.az

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir