Tədbirlər

Salyanda “Yaşıl dünya naminə həmrəylik ili”  çərçivəsində ağacəkmə aksiyası keçirilmişdir.

Sharing is caring!

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında” 2023-cü il 25 dekabr tarixli Sərəncamının icrası ilə əlaqədar Salyan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilmişdir. Salyan RİH-nin başçısı Sevindik Hətəmovun və rayon ictimaiyyəti nümayəndələrinin iştirakları ilə Kür çayı sahilində baş tutan aksiyada 300-ə yaxın ağaclar əkilərək suvarılıb və onlara aqrotexniki qulluq göstərilib. Aksiyanın keçirilməsində məqsəd ekoloji vəziyyətin sağlamlaşdırılması, cəmiyyətdə təbiətə qayğını təbliğ etmək, yaşıllıqların çoxaldılmasını təşviq edərək ətraf mühitin qorunmasına, ən əsası da ölkədə keçirilən ekoloji tədbirlərə və ekoloji maarifləndirmə işlərinə töhfə verməkdən ibarətdir. Qeyd edək ki, tədbir çərçivəsində aksiyanın keçirildiyi ərazidə müvafiq abadlıq işləri aparılıb.

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir