Cəmiyyət

Səfir: “Şotlandiyada 52 azərbaycanlı tələbə təhsil alır” – FOTO

Sharing is caring!


Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld Şotlandiyada 52 azərbaycanlı tələbənin təhsil aldığını bildirib.

Bu barədə səfir özünün “X” hesabında yazıb.

O qeyd edib ki, Azərbaycanda yüzlərlə Şotlandiya məzunu var:

“Bu il 52 istedadlı gənc dövlət təqaüdçüsü kimi Şotlandiya universitetlərində təhsil alır. Universitetlər arasında ikili diplom və tədqiqat əməkdaşlığının artırılması üzərində işləyirik”.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir