Cəmiyyət

Rima İbrahimova: “Məcburi köçkün adı ilə vidalaşıb doğma yurduma qayıdıram”

Sharing is caring!


“Artıq yataqxana həyatı ilə, məcburi köçkün adı ilə vidalaşıb doğma yurduma, evimə qayıdıram”.

Bu sözləri Oxu.Az-a açıqlamasında bu gün Füzuli şəhərinə köç edən keçmiş məcburi köçkün Rima İbrahimova deyib.

“Biz Xəzər rayonu, Binə qəsəbəsində yerləşən “101 yataqxanası”nda məskunlaşmışdıq. Bu gün hamı kimi biz də sevinirik. Artıq ağrılı-acılı günlərimiz, yataqxana həyatımız, məcburi köçkün adımız keçmişdə qaldı. Bu gün öz yurdumuza qayıdırıq. Ali Baş Komandanımıza, Ordumuza öz təşəkkürümüzü bildiririk. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!”

 Xatırladaq ki, bugünkü köç də daxil olmaqla ümumilikdə 332 ailənin (1 183) nəfərin Füzuli şəhərində məskunlaşması təmin edilib.

Aytac Qasımova

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir