Cəmiyyət

Şəmkirdə yol kənarında meyiti tapılan şəxsin kimliyi bilindi

Sharing is caring!


Şəmkirdə yol kənarında meyiti tapılan şəxsin kimliyi bilinib.

“Report”un Qərb bürosunun məlumatına görə, onu Şəmkir rayonunda avtomobil vurub.

Belə ki, Bakı-Qazax magistral yolunun Şəmkir rayonunun ərazisindən keçən hissəsində avtomobilin vuraraq öldürdüyü şəxs Gədəbəy rayon sakini, 2003-cü il təvəllüdlü Yusif Həsənovdur.

Qeyd edək ki, hadisə dekabrın 3-də qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir