İdman

“Neftçi” avrokuboklara vəsiqəni təmin edib

Sharing is caring!


“Neftçi” 2023/2024 mövsümü üçün avrokuboklara vəsiqəni təmin edib.

Oxu.Az xəbər verir ki, “ağ-qaralar” buna Azərbaycan Premyer Liqasının XXIX turunda Sumqayıtda eyniadlı komandanı 4:0 hesabı ilə darmadağın etməklə nail olub.

Bu qələbədən sonra xallarını 60-a çatdıran paytaxt təmsilçisinin sona 7 tur qalmış mükafatçılar arasında olacağı dəqiqləşib.

“Neftçi” 4-cü pillədə yer alan ən yaxın izləyicisi “Qəbələ”ni 21 xal qabaqlayır. “Qırmızı-qaralar” mövsümün sonunda ən yaxşı halda Bakı klubu ilə xallarını bərabərləşdirə bilər. Bununla belə, əyalət təmsilçisi şəxsi oyunlardakı nəticələrə görə rəqibindən geri qalacaq – 2 məğlubiyyət, 1 heç-heçə.

Qeyd edək ki, daha əvvəl “Qarabağ” və “Sabah” avrokuboklara vəsiqəni təmin edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir