Cəmiyyət

Yaddaş pozğunluğu olan Ağstafa sakini itkin düşdü – VİDEO

Sharing is caring!


Ağstafa rayonun kənd sakini üç gündür itkin düşüb.

Belə ki, rayonun Qaçaq Kərəm qəsəbə sakini, 66 yaşlı Yusif Falçıyev dekabrın birindən etibarən evdən çıxıb və bir daha geri qayıtmayıb.

T.Falçıyevin həyat yoldaşı Teybə Falçıyevanın sözlərinə görə, aralarında heç bir mübahisə yaşanmayıb:

“Evdə heç bir söz-söhbət olmayıb. İnsult keçirmişdi, yaddaş pozğunluğu vardı. Amma hara getsə də, yenə evə qayıdardı”.

Yusifin qardaşının sözlərinə görə, axtarışlar zamanı heç bir izə rast gəlməyiblər.

Qeyd edək ki, ailə üzvləri tərəfindən Y.Falçıyevin itkin düşməsi ilə bağlı Ağstafa Rayon Polis Şöbəsinə də məlumat verilib.

Ətraflı Baku TV-nin süjetində:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir