Cəmiyyət

Bakıda əlilliyi olan şəxslərin və mina qurbanlarının müdafiəsi ilə bağlı tədbir keçirilir

Sharing is caring!


Bakıda “Azərbaycanda əlilliyi olan şəxslərin və mina qurbanlarının müdafiəsi” mövzusunda dəyirmi masa keçirilir.

“Report” xəbər verir ki, tədbirin təşkilatçıları Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı və Beynəlxalq Qızıl Xaç Komitəsidir (BQXK).

Dəyirmi masada aidiyyəti dövlət orqanlarının, ictimai təşkilatların nümayəndələri və beynəlxalq ekspertlərin iştirakı ilə əlilliyi olan şəxslərin hüquqlarının təmin edilməsi kontekstində, münaqişələrin ağır nəticəsi olan minaların bəşəriyyət üçün törətdiyi fəsadlar fonunda mina qurbanlarının və zərərçəkənlərin hüquqlarının müdafiəsi sahəsində aparılan işlərin, nailiyyətlərin və digər əlaqəli mövzular üzrə müzakirələrin aparılması nəzərdə tutulur.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir