Cəmiyyət

Bakıda sexdən avtomobil qaçıran şəxs saxlanılıb

Sharing is caring!


Bakıda sexdən avtomobil qaçıran şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Qala qəsəbəsi ərazisində yerləşən avtomobil təmiri sexlərinin birindən “Ford” markalı avtomobili qaçırmaqda şübhəli bilinən orada işləyən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş H.İsmayılov saxlanılıb.

Araşdırmalarla onun noyabrın 5-də həmin sexdən VAZ-2107 markalı digər avtomobili qaçırması da müəyyən olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir