Cəmiyyət

Bakıda ictimai iaşə müəssisəsinin fəaliyyəti dayandırıldı – FOTO

Sharing is caring!


Bakı şəhəri, Xətai rayonu, R.Quliyev küçəsi, ev iki ünvanında fəaliyyət göstərən, Elməddin Rəhim oğlu Babışova məxsus “Kənd Evi” ictimai iaşə müəssisəsinin fəaliyyəti dayandırılıb.

Bu barədə Azərbaycan Qida Təhlükəsizlik Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, baxış zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib.

Aşkar olunan nöqsanlarla bağlı, məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilərək müəssisədə işlərin görülməsi, xidmətlərin göstərilməsi dayandırılıb və rəhbərliyi barəsində inzibati protokol tərtib olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir