İdman

“The Best” mükafatı alan Messi: “Emiliano Martinezə təşəkkür edirəm”

Sharing is caring!

FIFA-nın 2022-ci ilin ən yaxşı oyunçusu seçdiyi Lionel Messi “The Best” mükafatına layiq görülməsi ilə bağlı fikirlərini bildirib.

PSJ və Argentina millisinin hücumçusu bunun böyük şərəf olduğunu söyləyib:

“Gözəl hisslərdir. Möhtəşəm il keçirmiş Kərim Benzema və Kilian Mbappe ilə birlikdə belə siyahıda olmaq çox xoşdur. Mükafatı almaq mənim üçün böyük şərəfdir. Əla il oldu. Gərgin mübarizədən sonra arzumu həyata keçirə bildim. Ailəmə, Argentina xalqına, burada olan Lionel Skaloni və Emiliano Martinezə təşəkkür edirəm”.

Messi Argentina millisi ilə DÇ-2022-nin qalibi olub. O, keçən il PSJ-də Fransa çempionu adını qazanıb və ölkə Super Kubokunu əldə edib. Leo 2019-cu ildə də FIFA-nın “The Best” mükafatına layiq görülüb.

Mənbə: “Marca”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir