Dünya

Britaniyada tərk edilmiş həbsxananı bahalı hotelə çeviriblər – FOTO

Sharing is caring!

Böyük Britaniyanın Kornuoll qraflığında 18-ci əsrə aid həbsxana bahalı hotelə çevrilib.

“The Sun” xəbər verir ki, qurucular binanın görünüşünü mümkün qədər qorumağa çalışıblar: oteldəki bütün otaqlar keçmiş hücrələrin birləşməsindən yaranıb.

2021-ci ilin fevralında açılması planlaşdırılan hoteldə bir gecənin qiymətin 130 funt sterlinqdən (təxminən 290 AZN) başlayacaq. Ziyarətçilərə üç növ otaq təqdim ediləcək: klassik, ailə üçün və xüsusi salona çıxışı olan qubernatorluq.

Həbsxana dəhlizlərinin görünüşü də qorunub saxlanılsa da, onlar şüşə tavanla bəzədilib. Hotelin restoranı, bistrosu və barı olacaq.

Bodma Həbsxanası 18-ci əsrin sonunda inşa edilib və 1927-ci ilə qədər fəaliyyət göstərib. Birinci Dünya Müharibəsi dövründə binada Qiyamət Günü kitabı və monarxların tacqoyma reqaliyası da daxil olmaqla krallığın xəzinələri saxlanılıb. Son 20 ildə həbsxana tərk edilib, ancaq orada bələdçi turları davam edib. Hotelin açılışından sonra da tur sifariş etmək mümkün olacaq – binanın bir hissəsi yenidən qurulmayıb və əvvəlki görkəmini qoruyub saxlayır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir