Cəmiyyət

AAYDA: “Sarayda Mikayıl Müşfiq küçəsinin əsaslı təmiri yekunlaşmaq üzrədir” – FOTO/VİDEO

Sharing is caring!


Abşeron rayonunun Saray qəsəbəsində uzunluğu 2 026 metr, eni 8,40 metr təşkil edən Mikayıl Müşfiq küçəsinin əsaslı təmiri yekunlaşmaq üzrədir.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.

Məlumata görə, sözügedən küçə uzun müddət əsaslı şəkildə təmir edilmədən istismar olunması nəticəsində yolboyu çalalar və torşəkilli çatlar əmələ gəlib. Bu isə xüsusən payız-qış mövsümündə gediş-gəlişdə problemlərə səbəb olub.

Təmir işləri çərçivəsində yolboyu köhnə asfalt-beton örtüyünün frezlənməsi, zəruri yerlərdə, əsasən deformasiyaya uğramış hissələri qazılaraq kənarlaşdırılması, əks-dolğu işləri görülüb.

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, hazırda yola yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur. Artıq layihə çərçivəsində küçənin bir km-lik hissəsində asfalt-beton örtüyünün döşənməsi yekunlaşdırılıb.

Layihənin sonuncu mərhələsində avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün yolcizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkilməklə müasir yol infrastrukturu yaradılıb vətəndaşların istifadəsinə veriləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir