Culfa rayonunda yol-nəqliyyat hadisəsi baş verib. APA xəbər verir ki, hadisə rayonun Əlincə kəndində qeydə alınıb. Avtomobilin aşması nəticəsində Culfa rayon Bəyəhməd kənd sakini, 1994-cü il təvəllüdlü Təbriz Elşad oğlu Allahverdiyev və Şahbuz rayon sakini, 1977-ci il təvəllüdlü Sevinc Baxşəli qızı İbrahimova xəsarət alıb. Zərərçəkənlər Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri orta-ağırdır. Faktla bağlı araşdırma aparılır. Xeberal.az
Azərbaycandan Gürcüstana qanunsuz keçmək istəyən iki əcnəbi saxlanılıb. Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) Mətbuat Mərkəzi məlumat yayıb. Qeyd olunub ki, dekabrın 27-də saat 10:45-də DSX-nin Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin Qazax rayonunun İkinci Şıxlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Azərbaycandan Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 2 nəfər Pakistan […]
Livanın paytaxtı Beyrutda 25 polis əməkdaşı yaralanıb. Livanın Daxili İşlər Nazirliyi 1500 nəfərdən ibarət erməni əsilli şəxsin cümə axşamı günü Azərbaycan səfirliyinin binasına hücumu ilə bağlı açıqlama yayıb. Bildirilib ki, təcavüzkar qrupun qarşısı asayiş qüvvələri tərəfindən alınıb. Qarşıdurmada 25 polis əməkdaşı yaralanıb. Mənbə: Anadolu Xeberal.az