Cəmiyyət

Aşağı Güzdəkdə ətraf mühiti məişət tullantıları ilə çirkləndirən daş sexi aşkarlanıb

Sharing is caring!


Aşağı Güzdək qəsəbəsində ətraf mühiti məişət tullantıları ilə çirkləndirən daş sexi aşkar edilib.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Abşeron Rayon Polis İdarəsi və ETSN-in 4 saylı Regional İdarəsinin əməkdaşları ətraf mühitin mühafizəsinin gücləndirilməsi və sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində keçirdikləri növbəti birgə tədbir zamanı Aşağı Güzdək qəsəbəsində yerləşən daş sexlərindən birində məişət tullantılarının qalaqlanması faktı aşkar edilib.

Faktla bağlı qeyd olunan qayda pozuntusuna yol verən şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub. Bu istiqamətdə tədbirlər davam etdirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir