Cəmiyyət

Azərbaycanlılar ən çox hansı musiqini dinləyiblər? – FOTO/VİDEO

Sharing is caring!


2023-сü ilin “Spotify” şəbəkəsindəki  reytinq nəticələr açıqlanıb.

Oxu.Az xəbər verir ki, Azərbaycanda fəaliyyət göstərən yerli sənətçilər içərisində ilk pillənin sahibi Xalq artisti Röya Ayxan olub.

İl ərzində müğənninin ifalarını 358 mindən çox “Spotify” istifadəçisi səsləndirib. Röya Ayxanın 5,3 milyondan çox “stream” alan mahnıları 297 min saatdan çox qulaq asılıb.

Pop ulduzunu dünyanın 142 ölkəsində dinləyiblər.

Qeyd edək ki, Xalq artisti “Spotify”da ilk pillədə olduğu üçün sevənlərinə video müraciət ilə təşəkkürünü bildirib.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir