Cəmiyyət

Baş Prokurorluq Tərtərdə minaya düşən şəxsin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Sharing is caring!


“Bəzi sosial şəbəkə istifadəçiləri Tərtər rayonunun Həsənqaya kənd sakini, 1989-cu il təvəllüdlü Yaquar Əliheydər oğlu Hadıyevin ölümündə şübhəli məqamlar olması ilə bağlı həqiqətə uyğun olmayan məlumat yayıb”.

Bu barədə Baş Prokurorluqdan verilən məlumatda deyilir.

Bildirilir ki, Yaquar Hadıyevin ölümünə dair bütün detallar hərtərəfli araşdırılıb.

Belə ki, cari il martın 9-da Tərtər rayonu, Çaylı kəndi ərazisində mina partlaması nəticəsində sol ayağının aşağı ətrafı travmatik amputasiya olunmuş Yaquar Hadıyev növbəti dəfə oktyabrın 6-da eyni ərazidə minaya düşərək həlak olub.

“Hər iki halda Yaquar Hadıyev müvafiq icazəsi olmadan işğaldan azad olunmuş ərazilərə səfər edərkən qanunsuz erməni silahlı birləşmələri tərəfindən basdırılmış mina partlayışının qurbanı olub.

Prokurorluq orqanları tərəfindən aparılan araşdırma zamanı hadisə yerinə və Yaquar Hadıyevin meyitinə baxış keçirilib, digər zəruri istintaq hərəkətləri aparılıb.

Meyitə baxış zamanı mərhumun bədəni üzərində qanunsuz erməni silahlı birləşmələri tərəfindən basdırılmış minanın partlaması nəticəsində ümumi sayı beş ədəd olan xəsarətin əmələ gəlməsi müəyyən edilib.

Qeyd olunan faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işləri üzrə ibtidai istintaq davam etdirilir”, – məlumatda deyilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir